AZ

Rusiyanın Ukrayna ilə həmsərhəd vilayətlərinin qubernatorları istefa verib

Ukrayna ilə həmsərhəd olan Belqorod və Bryansk vilayətlərinin qubernatorları istefa verib.

Azpost.info bildirir ki, bu barədə Kremldən verilən açıqlamada deyilir.

Prezident Putin onların yerinə müvəqqəti qubernator təyin edib.

Kremldən verilən məlumata görə, Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov istefa ərizəsini vaxtından əvvəl təqdim edib. Vladimir Putin sənədi imzalayaraq Aleksandr Şuvayevi müvəqqəti qubernator təyin edib.

Bryansk vilayətinə rəhbərlik edən Aleksandr Boqomaz da könüllü olaraq istefa verib. Putin Yeqor Kovalçuku müvəqqəti qubernator təyin edib.

AzPost.az

Seçilən
22
1
azpost.info

2Mənbələr