AZ

“Neftçi”nin qadın komandası ardıcıl üçüncü dəfə Azərbaycan çempionu oldu

“Neftçi”nin qızlardan ibarət komandası Azərbaycan Yüksək Liqasında ardıcıl üçüncü dəfə çempionluq tituluna sahib çıxıb.

90deqiqe.Az-ın məlumatına görə, baş məşqçi Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv çempionluğu mövsümün başa çatmasına iki tur qalmış rəsmiləşdirib.

“Ağ-qaralar” səfərdə "Sumqayıt" üzərində 6:0 hesablı inamlı qələbə qazanaraq qızıl medalları təmin ediblər.

Bu nəticə ilə “Neftçi” növbəti mövsümdə qadınlar arasında keçiriləcək  UEFA Çempionlar Liqasında iştirak hüququ əldə edib.

Seçilən
13
90deqiqe.az

1Mənbələr