AZ

Slovakiya Ukrayna ilə sərhədləri bağladı: Təhlükəsizlik tədbirləri gücləndirilir

Slovakiya təhlükəsizlik səbəbi ilə Ukrayna ilə sərhəd-keçid məntəqələrini bağlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Dennik N” portalı məlumat yayıb.

Slovakiya hakimiyyəti təhlükəsizlik mülahizələrini əsas gətirərək Ukrayna ilə olan sərhəd-keçid məntəqələrinin fəaliyyətini dayandırıb.

Qərarın konkret hansı təhdidlər və ya hadisələr fonunda qəbul edildiyi barədə əlavə təfərrüat verilməsə də, rəsmi Bratislava sərhəddə nəzarətin gücləndirildiyini bildirib.

Hazırda sərhəd-keçid məntəqələrində keçidlərin tamamilə məhdudlaşdırıldığı qeyd olunur.

Yaranmış vəziyyətlə bağlı beynəlxalq daşımalarda və hərəkətdə ləngimələrin olacağı gözlənilir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
27
interpress.az

1Mənbələr