“Real Madrid” yay transfer dönəmində heyətdə ciddi dəyişikliklər etməyə hazırlaşır. Metbuat.az xəbər verir ki, Madrid klubunda bir neçə futbolçunun komandadan ayrılması gözlənilir. Məlumata görə, David Alaba və Dani Karvaxalın gedişi artıq demək olar ki, dəqiqləşib. Klubun Eduardo Kamavinqa, Andrey Lunin və Dani Sebalyosu da satış siyahısına çıxardığı bildirilir. Eyni zamanda, Qonzalo Qarsiyanın da yayda komandadan göndəriləcəyi qeyd olunur. “Real Madrid”in Fran Qarsiya və Raul Asensio ilə bağlı qərarında isə dəyişiklik yarandığı iddia edilir. Mənbəyə görə, Ferlan Mendinin və Eder Militaonun zədələri səbəbindən klub bu futbolçuları saxlamaq variantını nəzərdən keçirir. Bundan başqa, argentinalı gənc istedad Franko Mastantuononun təcrübə qazanması üçün icarəyə göndərilməsi planlaşdırılır. Bildirilir ki, Madrid təmsilçisi yeni mövsüm öncəsi həm heyəti yeniləmək, həm də maaş büdcəsində dəyişiklik etmək istəyir.