ain.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası mayın 28-dən 30-dək Bakıda, mayın 31-dən iyunun 10-dək isə Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olacaq.
Futbolpress.az xəbər verir ki, U-21 Türkiyədəki hazırlıq dönəmində 2 yoldaşlıq oyunu keçirəcək. Millimiz iyunun 6-da Bəhreyn, 9-da isə Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
“Sav” stadionunda baş tutacaq hər iki matçın Bakı vaxtı ilə saat 18:00-da başlanması nəzərdə tutulur.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.