AZ

PSJ davadan sonra onu hədəfə aldı

style='margin-bottom:10px;'>

PSJ "Real"ın aparıcı futbolçularından olan Federiko Valverde üçün hərəkətə keçib.

QOL.az xəbər verir ki, jurnalist Markos Benitonun məlumatına görə, Paris klubu artıq uruqvaylı yarımmüdafiəçinin nümayəndələri ilə əlaqə saxlayıb. 

Bildirilir ki, PSJ-nin futbolçuya marağı Valverdenin ötən həftə komanda yoldaşı Aurelien Tçuameni ilə yaşadığı insidentdən sonra ortaya çıxıb. Qeyd edək ki, onlar arasındakı münaqişə zamanı futbolçu yıxılaraq masaya dəyib və kəllə-beyin travması alıb. 

Xatırladaq ki, Valverde bu mövsüm 48 oyunda 9 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
57
1
teleqraf.com

2Mənbələr