AZ

İranda casusluq iddiası ilə daha bir nəfər edam edilib

525.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İranda İsrailin xarici kəşfiyyat xidməti “Mossad”a casusluqda ittiham olunan daha bir nəfərin edam hökmü icra edilib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, təlim keçdiyi iddia edilən Ehsan Efreştenin farsca ilə yanaşı, ingilis, ərəb və ivrit dillərini də bildiyi, “Mossad” ilə mətn mesajları vasitəsilə əlaqə saxladığı və “James” kod adından istifadə etdiyi bildirilib.

Efreşte, bir İT şirkətində kibertəhlükəsizlik üzrə ekspert kimi çalışarkən şirkətə və onun rəsmilərinə aid məxfi məlumatları “Mossad”a göndərməkdə ittiham olunurdu. Onun taksi sürücüsü adı altında müxtəlif yerlərin fotoşəkillərini çəkərək təmasda olduğu xarici şəxslərə göndərdiyi də iddia edilirdi.

İbrahim Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
32
525.az

1Mənbələr