AZ

Reuters: 2026-cı ildə qlobal neft təklifi tələbatdan ciddi şəkildə geri qalacaq...

Beynəlxalq Enerji Agentliyi Yaxın Şərqdəki müharibənin enerji bazarında görünməmiş təklif böhranı yaratdığını açıqlayıb...

Poliqon xəbər verir ki, Beynəlxalq Enerji Agentliyi (IEA) qlobal neft bazarı ilə bağlı yeni hesabatında 2026-cı ildə dünya üzrə neft təklifinin tələbatı ödəyə bilməyəcəyini bildirib. Hesabata görə, İran ətrafında davam edən müharibə və Yaxın Şərqdə enerji infrastrukturuna təsirlər neft hasilatı və daşınmasında ciddi problemlər yaradıb.

IEA-nın aylıq hesabatında qeyd olunur ki, Hörmüz boğazında tanker hərəkətinə tətbiq olunan məhdudiyyətlər səbəbindən Fars körfəzi ölkələrindən neft tədarükündə ümumi itkilər artıq 1 milyard barreli keçib.

Agentliyin məlumatına əsasən, gündəlik təchizat pozuntuları 14 milyon bareldən çoxdur ki, bu da qlobal enerji bazarı üçün “misli görünməmiş təklif şoku” kimi qiymətləndirilir.

Proqnozlara görə, 2026-cı ildə dünya üzrə neft təklifi gündəlik 1,78 milyon barrel həcmində ümumi tələbatdan geri qalacaq. Bu göstərici əvvəlki hesabatlarda proqnozlaşdırılan profisitlərin tamamilə aradan qalxmasına səbəb olub. Belə ki, ötən ayın hesabatında gündəlik 410 min barrel, dekabr hesabatında isə təxminən 4 milyon barrel həcmində profisit proqnozlaşdırılırdı.

Beynəlxalq Enerji Agentliyi bildirib ki, mövcud qiymətləndirmələrə əsasən, hətta münaqişənin iyunun əvvəlində başa çatacağı ehtimal edilsə belə, bazarda 2026-cı ilin üçüncü rübünün sonuna qədər ciddi təklif çatışmazlığı davam edəcək.

Qeyd olunur ki, 2026-cı ilin ikinci rübündə gündəlik neft çatışmazlığı 6 milyon barrelə çata bilər.

IEA-nın məlumatına görə, təchizat problemləri mart və aprel aylarında qlobal neft ehtiyatlarının 246 milyon barrel azalmasına gətirib çıxarıb. Analitiklər hesab edirlər ki, bu vəziyyət yay aylarında tələbatın artması fonunda neft qiymətlərində yüksək volatillik yarada bilər.

Ekspertlər enerji bazarındakı bu vəziyyətin qlobal iqtisadiyyata, xüsusilə sənaye və nəqliyyat sektorlarına ciddi təsir göstərə biləcəyini vurğulayırlar.

Poliqon.info

Seçilən
25
poliqon.info

1Mənbələr