AZ

İrandan Ermənistana LNG axını bərpa olunacaq Papoyan

525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Mayeləşdirilmiş təbii qazın (LNG) tezliklə İrandan Ermənistana axını yenidən bərpa olunacaq".

525.az xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan deyib.

Onun sözlərinə görə, bir gün əvvəl nazirliyin Tehrandakı ticarət attaşesi ona İrandan maye qaz ixracı ilə bağlı problemin həll olunduğunu bildirib.

Papoyan bildirib ki, bu çatışmazlıq Rusiyadan gələn təchizat hesabına kompensasiya edilib:

“Lakin orada ixrac rüsumu tətbiq ediblər ki, bu da Ermənistandakı qiymətlərə də təsir edib. İstənilən halda, bizim vəzifəmiz ölkə daxilində maye qazın minimum tədarükünü təmin etmək idi, bu vəzifə də yerinə yetirildi”.

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
73
525.az

1Mənbələr