Mövsümü icarə əsasında “Bavariya”da keçirən Nikolas Cekson yay transfer dönəmində klubunu dəyişə bilər.
İdmanxeber.az-ın məlumatına görə, Münhen təmsilçisi 24 yaşlı hücumçunun transfer hüququnu almaqdan imtina edib. “Çelsi”nin də futbolçunu heyətdə saxlamaq niyyətində olmadığı bildirilir.
Seneqallı forvardla “Yuventus”, “Milan”, “Fənərbağça” və “Əl-Əhli” maraqlanır.
Cekson bu mövsüm “Bayern”in heyətində 29 oyunda 10 qol vurub, 4 məhsuldar ötürmə edib.