AZ

WUF13 çərçivəsində Dağ mədən işlərinin şəhərsalma həllərində yeri və rolu mövzusunda dəyirmi masa keçirilib…

ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

13 may 2026-cı il tarixində Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı əsasında WUF13 – Ümumdünya Şəhərsalma Forumu çərçivəsində "Dağ-mədən işlərinin şəhərsalma həllərində yeri və rolu” mövzusunda dəyirmi masa keçirilib.

"AzPolitika" xəbər verir ki, tədbirdə ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, millət vəkilləri Fatma Yıldırım, Afət Həsənova, Asif Əsgərov, Eyvaz Qurbanov, Nigar Arpadarai, dövlət və hökumət qurumlarının nümayəndələri, mədən sənayesi sahəsində fəaliyyət göstərən şirkətlərin təmsilçiləri, şəhərsalma üzrə mütəxəssislər və ekspertlər iştirak ediblər.

Dəyirmi masa çərçivəsində dağ-mədən sənayesinin şəhərsalma siyasətində rolu, təbii ehtiyatlardan səmərəli istifadə mexanizmləri, ekoloji təhlükəsizlik məsələləri, post-mədən ərazilərinin bərpası, dayanıqlı urbanizasiya prinsipləri, eyni zamanda müasir şəhərsalma yanaşmalarında ekoloji tarazlığın qorunması istiqamətində mühüm müzakirələr apardıq. 

Tədbir qarşılıqlı fikir mübadiləsi, beynəlxalq təcrübənin öyrənilməsi, dövlət–özəl sektor əməkdaşlığının gücləndirilməsi və gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
53
azpolitika.info

1Mənbələr