AZ

"Trendyol" Xankəndidə keçirilən regional “İKT-də qızlar”konfransına dəstək olub

Trendyol və “PAŞA Holding”in dəstəyi ilə Xankəndi şəhərində “İnformasiya-Kommunikasiya Texnologiyaları üzrə Qızlar üçün 12-ci Regional Konfrans” keçirilib. Qarabağ universitetində keçirilən konfransda 12-16 yaşlı 80 məktəbli qız iştirak edib.

Konfransda orta məktəb şagirdləri süni intellekt üzrə əsas anlayışlarla tanış olub, bu texnologiyanın real həyat və iş mühitində tətbiq imkanlarını öyrənib, həmçinin praktiki bacarıqlar əldə ediblər. VR təcrübələri, interaktiv seminarlar, oyunlar, komanda işi proqramın əsas hissələrini təşkil edib. 

Təlimin praktiki mərhələsində məktəblilər əldə etdikləri bilikləri tətbiq edərək süni intellektin dəstəyilə kiçik veb-saytlar hazırlayıblar. 

Xatırladaq ki, ötən ay  Trendyol və PAŞA Holding Gəncə və Mingəçevirdə ‘’Süni intellektlə yeni başlanğıc” adlı qızlar üçün 2 günlük AI düşərgəsi təşkil edib. Düşərgəyə yeni məzunlar və ya karyerasının ilkin mərhələsində olan 80 gənc qadın cəlb olunub.

Bu təşəbbüslər “Trendyol”un Azərbaycanda qadınların rəqəmsal bacarıqlarının artırılması, onların texnologiya sahəsində iştirakının genişləndirilməsi və inklüziv rəqəmsal ekosistemin formalaşmasına töhfə verməyə yönəlib.  Şirkət bu istiqamətdə “PAŞA Holding”lə birlikdə  davamlı layihələr həyata keçirir.

TrendyolPAŞA HoldingXankəndiQarabağ UniversitetiİKT qızlar konfransı Azərbaycanqızlar üçün texnologiya təlimisüni intellekt təlim proqramı məktəblilərAI təlimi Azərbaycan məktəblilərVR təcrübələri texnologiya təhsiliqızlar üçün rəqəmsal bacarıqlar proqramıSTEM təhsili qızlar üçün Azərbaycanqızların texnologiya sahəsində iştirakıinnovativ təhsil proqramları Azərbaycaninteraktiv texnologiya seminarlarıkomanda işi texnologiya təlimiveb sayt hazırlama süni intellektləAI düşərgəsi Azərbaycanqadınlar üçün texnologiya təlimiGəncə AI düşərgəsiMingəçevir texnologiya təlimiqadınların rəqəmsal bacarıqlarının inkişafıinklüziv rəqəmsal ekosistem Azərbaycantexnologiya sahəsində qadınların roluAzərbaycan texnologiya təhsili proqramları
Seçilən
104
4
marja.az

5Mənbələr