AZ

“Kalyon” şirkətinin filial rəhbəri məhkəmə qərarı ilə cəzalandırıldı

"Kalyon RSY İnşaat Adi Ortaklığı Ticari İşletmesi" şirkətinin Azərbaycandakı filialı cərimə olunub.

Publika.az Teleqraf-a istinadla xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müfəttişliyi xidməti tərəfindən şirkətin barəsində İnzibati Xətalar Məcəlləsinin 198.3-cü (Əməyin mühafizəsi qaydalarının pozulması - bu məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə inzibati protokol yazılıb.

Sənəddən görünür ki, “Kalyon RSV İnşaat Adi Ortaklığı Ticari Işletmesi” Şirkətinin Azərbaycandakı filialında maşın operatoru vəzifəsində çalışan Türkiyə vətəndaşı Bozkurt Kenan 2025-ci ildə bədbəxt hadisə zamanı xəsarət alıb.

Buna görə də şirkətin Azərbaycandakı filialının rəhbəri Suleyman Ceritin inzibati xəta törətməsi sübuta yetirilib.

Seçilən
24
4
publika.az

5Mənbələr