AZ

Zyuqanov qəzəbləndi: Paşinyan bizi təhqir etdi, onu Moskvaya buraxmayın

Rusiya Dövlət Dumasının plenar iclasında Kommunist Partiyasının lideri Gennadi Zyuqanov Moskvanın Ermənistanın baş naziri Nikol Paşinyana ev sahibliyi etməyi dayandırmasını tələb edib.

Publika.az xəbər verir ki, bu açıqlama Vladimir Putinin Ermənistandakı hadisələri Ukraynadakı hadisələrlə müqayisə etməsindən bir neçə gün sonra gəlib.

Zyuqanov Dövlət Dumasının plenar iclasının əvvəlində çıxış edib.

"İrəvandan Qırmızı Meydanı atəşə tutmaqla hədələyən səslərin gəlməsindən başqa hər şeyi təsəvvür edə bilirdim", - deyə o, Volodimir Zelenskinin adını çəkmədən, açıq şəkildə onun İrəvandakı çıxışına istinad edərək bildirib.

4 mayda Ermənistanın paytaxtında keçirilən Avropa Siyasi Birliyi sammitinin açılışında Ukrayna prezidenti rusların "Qırmızı Meydan üzərində dronların vızıldayacağından qorxduqlarını" bildirib.

Seçilən
32
publika.az

1Mənbələr