AZ

Yermak məhkəməyə GƏLDİ: Həbs edilə bilər

Ukrayna Ali Anti-Korrupsiya Məhkəməsi Prezident Ofisinin sabiq rəhbəri Andrey Yermakın işi üzrə qətimkan tədbirinin seçilməsi ilə bağlı iclası davam etdirir.

Musavat.com xəbər verir ki, keçmiş yüksək vəzifəli məmur irimiqyaslı korrupsiya sxemi çərçivəsində vəsaitlərin leqallaşdırılmasında ittiham olunur.

Məlumata görə, Yermak artıq məhkəmə binasına gəlib və yaxın saatlarda onun barəsində müvafiq qətimkan tədbirinin seçiləcəyi gözlənilir.

Bundan əvvəl ixtisaslaşdırılmış Anti-Korrupsiya Prokurorluğu (SAP) onun barəsində həbs qətimkan tədbirinin seçilməsini və ya 4 milyon dollar məbləğində girov müqabilində azadlığa buraxılmasını tələb edəcəyini bəyan edib. Prezident Ofisinin sabiq rəhbəri Andrey Yermak isə Kiyev yaxınlığındakı elit tikinti layihəsində 10,4 milyon dolların leqallaşdırılması ilə bağlı ona qarşı irəli sürülən ittihamları əsassız hesab edir.

Musavat.com

Seçilən
17
musavat.com

1Mənbələr