AZ

İran rəsmisindən BƏƏ-yə sərt ittiham: “İkinci İsrail kimi davranır”

İran Parlamentinin sədrliyinin sözçüsü Əlirza Səlimi Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə bağlı sərt açıqlama verib.

Redaktor.az xəbər verir ki, bu barədə İran parlamentinin mətbuat xidməti məlumat yayıb.

Səlimi bildirib ki, BƏƏ yəhudi dövlətinə verdiyi dəstəyə görə “ikinci İsrail” hesab edilə bilər. Onun sözlərinə görə, “hərbi İsrail” işğal olunmuş Fələstin ərazilərində yerləşdiyi kimi, Əbu-Dabi də İsrailin iqtisadi qanadı kimi qəbul olunur.

O, həmçinin iddia edib ki, BƏƏ rəhbərliyi ölkə əhalisinin dəstəyindən məhrumdur və milli maraqları müdafiə etməyi dayandıraraq ABŞ və İsrailin siyasətinə uyğun hərəkət edir.

Aminə ŞAHSUVARQIZI

 

Seçilən
60
redaktor.az

1Mənbələr