AZ

"Hamısı yalandır" - Xames Rodriges planını açıqladı

ABŞ-nin "Minnesota Yunayted" klubunun kolumbiyalı yarımmüdafiəçisi Xames Rodriges peşəkar karyerasını bitirəcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Fanat.Az xəbər verir ki, onun sözlərini "TyC Sports" belə çatdırıb:

"Bunu kimin dediyini bilmirəm. Yəqin ki, kimsə Kolumbiyada baxış və layk yığmağa cəhd edib. Nə qədər çox oynamaq istədiyimi yalnız özüm bilirəm. Hələ bir neçə ilim var. Nə deyirlərsə, hamısı yalandır. Belə xəbərlər ölkəyə və insanlara ziyan vurur. Çünki çoxları həqiqətə aidiyyatı olmayan informasiyalara inanırlar. Belə şey deməmişəm. 

Yaxşı məşq edir, bütün gücümlə çalışıram. Hazır olmaq lazımdır. Meydanda 20, 30 və ya 40 dəqiqə olsan belə, matçın gedişatını dəyişməyə hazır olmalısan. Gələcək haqda düşünməliyəm. Artıq gənc deyiləm. Məni nə gözlədiyi barədə düşünməliyəm, lakin əminəm ki, məni pozitiv yeniliklər gözləyir".

Toğrul
 

Seçilən
37
fanat.az

1Mənbələr