AZ

Peter Macyar ucuz avtomobil işlədəcək və dövlət iqamətgahına köçməyəcək

Bakı, 13 may, AZƏRTAC

Macarıstanın yeni Baş naziri Peter Macyar xidməti məqsədlər üçün “Skoda Superb” avtomobilindən istifadə edəcəyini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, Macyar bu barədə “X” sosial şəbəkəsində yazıb. Halbuki həmin avtomobil markası yüksək dövlət məqamına layiq bilinmir. “Ölkə daxilində insanlara tanış olan “Skoda Superb” avtomobilindən istifadə edəcəyəm. Həmçinin rəsmi dövlət iqamətgahına köçməyəcəyəm”, - deyə o bildirib.

Macyar son vaxtlar istifadə etdiyi mavi rəngli “Skoda Superb” avtomobilinin şəklini də paylaşıb. Macarıstan mediasının məlumatına görə, onun şəxsi evi Budapeştin ən nüfuzlu məhəllələrindən birində, Buda təpələrində yerləşir.

Seçilən
41
4
azertag.az

5Mənbələr