AZ

Bakı metrosu bu göstərici ilə dünyada ilk 10-luqdadır

"İnfrastrukturun qısa müddətdə genişləndirilməsi mümkün olmadığı üçün, sərnişin sıxlığını qismən azaltmaq məqsədilə qatar intervallarının azaldılması istiqamətində işlər aparılır".

Day.Az xəbər verir ki, bunu Bakı Metropoliteni QSC-nin sədri Vüsal Aslanov ATV-yə müsahibəsində deyib. 

O, Bakı metrosunda sərnişin sıxlığının aradan qaldırılması istiqamətdə görülən işlərdən danışıb. 

Sədr bildirib ki, hazırda Bakı Metropoliteni dünyada fəaliyyət göstərən 213 metropoliten arasında sərnişin sıxlığına görə ilk 10-luqda yer alır:

"Həm stansiya başına düşən sərnişin sayına, həm də infrastruktur uzunluğuna nisbətdə sərnişin göstəricilərinə görə yüksək sıxlıq müşahidə olunur.

İnfrastrukturun qısa müddətdə genişləndirilməsi mümkün olmadığı üçün, sərnişin sıxlığını qismən azaltmaq məqsədilə qatar intervallarının azaldılması istiqamətində işlər aparılır", - o deyib.

Nəsimi Ələsgərli

Seçilən
52
day.az

1Mənbələr