
Ermənistan Milli Məclisinin sədr müavini Ruben Rubinyan Türkiyədə tətbiq olunan yeni tənzimləmə sayəsində Ermənistanla Türkiyə arasında birbaşa ticarətin heç bir islahat olmadan mümkün olduğunu açıqlayıb.
Missiya.Az xəbər verir ki, o bu barədə özünün “Facebook” sosial media hesabında paylaşım edib.
"Biz Gümri-Qars dəmir yolu da daxil olmaqla, sərhədin açılması istiqamətində işlərimizi davam etdiririk", - deyə siyasətçi vurğulayıb.
Daşqın HəsənovMissiya.Az