Bu gün Bizon Azərbaycan Kubokunun finalında “Zirə” ilə “Sabah” üz-üzə gələcək.
İdmanxeber.az-ın məlumatına görə, həlledici matç öncəsi hər iki komandada bir itki var. “Sabah”da uzun müddətdir zədəli olan Pavel Şafranko, “Zirə”də isə Enrike Kusdodio meydana çıxa bilməyəcək.
Qeyd edək ki, Bizon Azərbaycan Kubokunun final oyunu 13 may tarixində “Palms Sports Arena”da keçiriləcək. Matç saat 20:00-da start götürəcək.