AZ

İranda "Mossad"a casusluqda ittiham olunan şəxs edam edilib

"Mossad"a casusluqda təqsirləndirilən Ehsan Əfrəşte edam edilib.

APA-nın Tehran bürosunun məlumatına görə, İranın məhkəmə sistemi Ehsan Əfrəştenin İsrailin xeyrinə casusluq və kəşfiyyat əməkdaşlığı ittihamı ilə saxlanıldığını və mühakimə olunduğunu bildirib.

Məlumata əsasən, cinayət-prosessual mərhələlər başa çatdıqdan və hökm Ali Məhkəmə tərəfindən təsdiqləndikdən sonra o bu gün səhər saatlarında edam edilib.

İran məhkəmə sisteminin yaydığı məlumata görə, Əfrəşte istintaq zamanı "Mossad"la əlaqə qurduğunu etiraf edib.

Qeyd olunub ki, o, topladığı məlumatları "Mossad"a ötürüb. Hədəf məkanların sənədləşdirilməsi, video çəkiliş imkanlarının yoxlanılması, İranın Kəşfiyyat Nazirliyi ətrafının müşahidəsi, toplantılarda iştirak, müxtəlif şəxslərin şəkillərinin çəkilməsi və onların şəxsi xarakteristikası ilə bağlı məlumatların hazırlanması onun fəaliyyətləri sırasında olub.

Məlumata görə, Əfrəşte bir müddət "Mossad" zabitləri ilə Nepalın Pokhara şəhərində də olub və orada əlavə əyani təlimlər keçib, yeni tapşırıqlar alıb.

Seçilən
14
4
apa.az

6Mənbələr