AZ

İran ABŞ qarşısında 5 şərt qoydu – bunlar yerinə yetirilməyincə danışıqlar olmayacaq...



Tehran hökuməti ABŞ və İran arasında İslamabadda keçirilməsi planlaşdırılan danışıqların ikinci mərhələsində iştirak etməyəcəyini açıqlayıb.

Yarırəsmi Fars Xəbər Agentliyinə danışan adı açıqlanmayan bir rəsmi, İranın elan etdiyi ilkin şərtlərin ABŞ-la hər hansı bir danışıqlara başlamaq üçün "minimal etimad yaradan tədbirlər" olduğunu deyib.

İran rəsmisi vurğulayıb ki, Tehran beş şərti - müharibənin bütün cəbhələrdə dayandırılması, sanksiyaların qaldırılması, bloklanmış aktivlərin azad edilməsi, müharibə ilə bağlı zərərlərin ödənilməsi və Hörmüz boğazı üzərində suverenliyin tanınması - yerinə yetirilməyincə, ABŞ-la danışıqları bərpa etməyəcək.

Tahir TAĞIYEV

Seçilən
17
baki-xeber.com

1Mənbələr