ain.az bildirir, Baku.ws portalına istinadən.
"Azərbaycan Dəmir Yolları" QSC-nin yeni istifadəyə verilmiş "Dərnəgül" stansiyasından Azərbaycanın regionlarına qatarla getmək mümkün olacaq.
BAKU.WS bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, iyunun 6-dan bu stansiyada Bakı-Qazax-Bakı, Bakı-Ağstafa-Bakı, Bakı-Balakən-Bakı və Bakı-Qəbələ-Bakı marşrutları ilə hərəkət edən qatarlar dayanacaq.
Biletləri ADY-nin saytından, "ADY Mobile" tətbiqindən və yaxud dəmiryol kassalarından əldə etmək olar.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.