Məşhur sovet və rus aparıcısı Vladimir Molçanov 75 yaşında vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə jurnalist Yuri Rost məlumat verib.
Rost özünün Telegram kanalında yazıb: "Gözəl və layiqli bir insan Volodya Molçanov vəfat etdi. O, istedadlı və ağıllı rus ziyalısı, əxlaqlı jurnalist, parlaq televiziya aparıcısı, dürüst yazıçı və mənim böyük dostum idi. Onun itkisi böyük və əvəzolunmazdır".
Molçanov "Novosti Press" Agentliyində (APN) çalışıb və orada nasist cinayətləri ilə bağlı araşdırma jurnalistikası aparıb. O, həmçinin "Vremya" proqramının beynəlxalq şöbəsində şərhçi kimi çalışıb. 1987-ci ilin mart ayında "Gecəyarısından əvvəl və sonra" xəbər və musiqi proqramının ilk bölümü yayımlanıb və yenidənqurma dövrünün ən populyar proqramlarından birinə çevrilib.