AZ

Britaniya Hörmüzdə beynəlxalq hərbi missiyanı dəstəkləyəcək

Böyük Britaniya Hörmüz boğazında hazırlanmaqda olan beynəlxalq hərbi missiyaya dəstək verəcəyini açıqlayıb...

Bu barədə Birləşmiş Krallığın Müdafiə Nazirliyi məlumat yayıb.

London missiya çərçivəsində pilotsuz minatəmizləyənlər, “Eurofighter Typhoon” qırıcıları və "HMS Dragon" esminesini bölgəyə göndərməyi planlaşdırır.

Nazirlik vurğulayıb ki, plan “tamamilə müdafiə xarakteri daşıyır” və əsas məqsəd strateji ticarət marşrutu olan Hörmüz boğazında kommersiya gəmiçiliyinə etimadı bərpa etməkdir. (APA)

Poliqon.info

Seçilən
29
2
poliqon.info

3Mənbələr