AZ

Zəngilan şəhərinə və Cəbrayılın Şükürbəyli kəndinə köç karvanları yola salındı

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Publika.az xəbər verir ki, bu mərhələdə Zəngilan şəhərinə 59 ailə (235 nəfər), Cəbrayıl rayonunun Şükürbəyli kəndinə isə 97 ailə (419 nəfər) köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Seçilən
10
49
publika.az

10Mənbələr