ain.az bildirir, Demokrat.az portalına istinadən.
Soyuducunun qapısını açanda qarşılaşdığınız ağır qoxu artıq kabusa çevrilməyəcək. Məlum olub ki, illərdir təmizləyici vasitələrlə həll olunmayan bu problem mətbəx dolabındakı sadə məhsulla saniyələr içində aradan qalxır.Demokrat.az xəbər verir ki, sosial şəbəkələrdə trendə çevrilən təbii üsul bahalı kimyəvi vasitələri əvəz edir. Bunun üçün cəmi bir stəkan soda və bir çay qaşığı quru qəhvə kifayətdir. Qarışıq olan stəkanı soyuducunun orta rəfində, hava axınının olduğu hissəyə yerləşdirdikdə xoşagəlməz qoxular dərhal yox olur. Qəhvə və karbonat qoxunu sadəcə gizlətmir, onu özünə çəkərək havanı tamamilə yeniləyir.Bundan başqa, evdə karbonat olmadıqda ağ sirkə və limon dilimi də eyni effekti verir. Sirkə buxarlandıqca bakteriyaları məhv edir, limon isə içəridə xoş ətir yaradır. Hətta balıq kimi kəskin qoxuları yox etmək üçün bir neçə saatlıq bir stəkan süd saxlamaq da sınanmış metodlar arasındadır. Bu sadə vasitələr həm də rütubəti tənzimləyərək meyvə-tərəvəzlərin ömrünü uzadır.Yəni, soyuducudakı pis qoxudan qurtulmaq üçün bahalı dərmanlara ehtiyac yoxdur, bir stəkan karbonat və qəhvə qarışığı bütün problemi həll edir.Aytən
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.