“Ford F-Series” pikapı 2026-cı ilin birinci rübündə ABŞ-da ən populyar nəqliyyat vasitəsi olub. Satışların 16% azalmasına baxmayaraq, “Ford F-Series”in bazar payı təsirli 4,3% təşkil edib. Bu, ABŞ bazarında modelə olan olduqca yüksək inam səviyyəsini bir daha təsdiqləyir.
“Ford F-Series” pikapları 70 ildən çoxdur ki, əsl avtomobil klassikası olaraq qalır. Bu müddət ərzində model bir çox nəsillər keçib və daim təkmilləşdirilib. 2026-cı ilə qədər bu nəqliyyat vasitələrinin ümumi istehsalı 40 milyon ədədi keçib. ABŞ bazarında ikinci yeri Amerika avtomobil sənayesinin digər ikonik modeli – bazar payı 3,7% olan tam ölçülü “Chevrolet Silverado” pikapı tutur. Üçüncü yerdə kompakt “Honda CR-V” krossoveri durur.
Ümumiyyətlə, ABŞ-da ən populyar 10 avtomobil modelləri bunlardır:
Ford F-Series (-16%)
Chevrolet Silverado (+6.5%)
Honda CR-V (-3.8%)
Ram Pick-up (+25.4%)
GMC Sierra (+0.9%)
Toyota Camry (+11.3%)
Chevrolet Equinox (-11.8%)
Tesla Model Y (+7.7%)
Toyota Tacoma (+15.8%)
Nissan Rogue (+9.9%)
//Samir Qurbanov, Editor.az