AZ

Mövsümü erkən başa vurdu

“Atletiko” itki ilə üzləşib. Müdafiəçi Nauel Molina sıradan çıxıb.

"Football-plus.az" xəbər verir ki, 28 yaşlı futbolçunun bud əzələsi xəsarət alıb. Argentinalı mövsümün qalan oyunlarına iştirak etməyəcək. Nauel 3 həftə sonra meydana qayıdacaq. Bu isə təcrübəli müdafiəçinin iyunun 11-də başlayacaq dünya çempionatına kimi bərpa olacağı deməkdi.

Molina bu mövsüm “Atletiko”nun heyətində bütün turnirlərdə keçirdiyi 46 oyunda 2 qol vurub, 2 məhsuldar ötürmə edib.

Seçilən
28
1
football-plus.az

3Mənbələr