"Marsel"in idman direktoru Mehdi Benatiya karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
QOL.az xəbər verir ki, insayder Fabrisio Romanonun məlumatına görə, mərakeşli mütəxəssis Fransa təmsilçisi ilə yollarını ayırmağa hazırlaşır. O, “Əl-İttihad” klubunda idman direktoru vəzifəsinə keçmək üçün danışıqlar aparır.
Qeyd edək ki, hazırda bu vəzifəni tutan Ramon Planesin Avropaya qayıtmağa yaxın olması Benatiyanın Ciddə təmsilçisində rəhbər vəzifəyə təyinat ehtimalını artırıb.