AZ

Ermənistanda Samvel Karapetyanın partiyasının tərəfdarları saxlanılıb

Ayna saytına istinadən ain.az xəbər verir.

Saxlanılan partiya tərəfdarlarının dəqiq sayı açıqlanmayıb

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi rusiyalı iş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” Partiyasının tərəfdarlarının seçki rüşvətini vəd etdiyinə və ödədiyinə görə həbs olunduğunu açıqlayıb. Bu barədə AYNA.AZ erməni mediasına istinadən bildirir.

Qeyd olunub ki, "Güclü Ermənistan” Partiyasının Armavir bölgəsinin Baqramyan icmasındakı ərazi nümayəndəsinin eyni icmada bir sıra seçicilərə partiyaya səs vermələri şərti ilə rüşvət vəd etdiyini və verdiyini göstərən faktiki dəlillər əldə edilib.

“Bundan əlavə, eyni şəxs maddi təşviqlər yolu ilə bir neçə icma sakininin yuxarıda adı çəkilən partiyanın mitinqlərində iştirakını təmin edib", - deyə qeyd olunub.

Komitə cinayət işinin başlandığını, axtarışların aparıldığını və bir neçə şəxsin saxlanıldığını bildirir. Saxlanılan partiya tərəfdarlarının dəqiq sayı açıqlanmayıb.

Karapetyanın partiyasının nümayəndələrinin səslərin alınması ilə bağlı cinayət işlərində iştirakı ilk dəfə deyil.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
83
16
ayna.az

10Mənbələr