Mayın 13-də Bizon ölkə kubokunun finalında "Sabah"la "Zirə"nin duelinə şahidlik edəcəyik. Bəli, matçın favotiri "bayquşlar"dı, lakin bu mərhələnin bir oyundan ibarət olduğunu və nəticənin əhəmiyyətini dəyərləndirsək, komandaların şanslarını bərabər saya bilərik.
O başqa məsələ ki, hazırda həm "Qarabağ", həm "Neftçi", həm də "Turan Tovuz" azarkeşləri Masazır təmsilçisinin qalib gəlməsini arzulayır. Ona görə ki, belədə "köhlən atlar" Avropa Liqasında, "ağ-qaralar" böyük ehtimalla Konfrans Liqasında çıxış edəcək. Bu yarışa vəsiqə qazanan "bozqurd" isə mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaq.
Qeyd olunan bilgilər öz yerində. Bəs, komandaların heyətlə bağlı problemləri nə yerdədi? Cəzalı, zədəli futbolçular varmı?
Hər iki komandanın mətbuat xidmətinin rəhbəri bu barədə "Football-plus.az"a açıqlama verdi.
Elnur Həmidov (Sabah): "Cəzalı yoxdu. Zədəli yalnız Pavol Şafrankodu".
Elmar Abdullazadə (Zirə): "Cəzalı yoxdu. Zədəlilər Enrike Kustodio ilə Rüfət Abdullazadədi".
Xatırladaq ki, "Palms Sports Arena"da keçiriləcək qarşılaşma saat 20.00-da başlayacaq.
KƏNAN BAHADIR
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta