AZ

Kişi mübahisə zamanı arvadının barmaqlarını kəsdi

Lent az saytından alınan məlumata görə, ain.az bildirir.

Poltavada dəhşətli məişət zorakılığı hadisəsi baş verib. 

Lent.az-ın Ukrayna mediasına istinadən məlumatına görə, şəxsi evdə baş verən mübahisə zamanı 51 yaşlı kişi 38 yaşlı arvadını şikəst edib.

Poltava polisi məişət münaqişəsi zamanı arvadının barmaqlarını kəsən kişini həbs edib.

"Münaqişə zamanı kişi həyat yoldaşına bədən xəsarəti yetirib. Zərərçəkmişin iki barmağı amputasiya edilib. Hadisə yerindən sübutlar götürülüb", - açıqlamada bildirilir.

Hadisəni törətməkdə şübhəli bilinən kişi saxlanılıb, ona 5 ildən 8 ilə qədər həbs cəzası verilə bilər.

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
1
lent.az

2Mənbələr