AZ

Norveç yenidən Avropa İttifaqı yolunda?

Norveçdə uzun illərdir dondurulan Avropa İttifaqına (Aİ) üzvlük məsələsi yenidən gündəmə gəlib. Bu canlanmanın əsas səbəbi qonşu İslandiyada keçiriləcək referendumdur

“Politico”nun məlumatına görə, avqust ayında İslandiya xalqı Aİ ilə üzvlük danışıqlarına yenidən başlamaq üçün səs verəcək. Əgər İslandiya “bəli” desə, Norveç bu regionda Aİ-dən kənarda qalan yeganə böyük iqtisadiyyat olmaq təhlükəsi ilə üzləşəcək.

Üzvlük tərəfdarları iki əsas səbəbi önə çəkirlər. Birincisi, Norveç hazırda Aİ qanunlarının 90 faizini icra edir, lakin bu qanunların qəbulunda heç bir səs hüququ yoxdur. Digəri isə dünyada artan gərginlik səbəbindən Aİ-nin hərbi və siyasi gücündən kənarda qalmaq riskli hesab olunur.

Gənc nəsil arasında Avropaya inteqrasiyaya maraq artmaqdadır. Bu yay İslandiyada baş tutacaq səsvermə Norveçin gələcək taleyi üçün həlledici rol oynayacaq.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Seçilən
62
azerbaijan-news.az

1Mənbələr