ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Şəhər küçələri sürət üçün deyil, insan üçün layihələndirilməlidir və piyada təhlükəsizliyi prioritet məsələ kimi qəbul olunmalıdır”.
Bunu 525.az-a açıqlamasında nəqilliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev söyləyib. Ekspert qeyd edib ki, ilk növbədə səkilərin davamlılığı təmin edilməli, piyadaların hərəkətinə mane olan baryerlər aradan qaldırılmalıdır. Əks halda insanlar məcburən yolun hərəkət hissəsinə çıxır ki, bu da qəza riskini artırır:
“Eynisəviyyəli və svetoforla nizamlanan piyada keçidlərinin sayı artırılmalıdır. Qısa və rahat keçidlər piyadaları riskli davranışlardan çəkindirir və təhlükəsizliyi yüksəldir. Bununla yanaşı, iki və daha çox zolaqlı küçələrdə təhlükəsizlik adacıqlarının yaradılması piyadaların yolu mərhələli şəkildə keçməsinə imkan verir”.
Sevinc Qarayeva
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.