AZ

Qumar pulunu leqqalaşdıranlara HÖKM OXUNDU

Lent az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə əmlakın leqallaşdırılmasında təqsirləndirilən Rusiya Federasiyası vətəndaşları - İgor  Zabolotskikh və İlnur Valıtovun cinayət işi üzrə hökm oxunub.

Lent .az xəbər verir ki,   hökmə əsasən İ. Zabolotskikh və  İ. Valıtovun ayrılıqda  3 il müddətinə azadlıqdan məhrum edilməsi elan olunub.

Dövlət ittihamçısı hər iki təqsirləndirilənin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, onlar qumar oyunlarından cinayət yolu ilə əldə edilmiş 98 min manat pulun leqallaşdırılmasında təqsirləndirilirlər. 

Onlara qarşı AR Cinayət Məcəlləsinin 193-1.3.2 - ci maddəsi üzrə cinayət işi açılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
lent.az

1Mənbələr