525.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
“Müxtəlif zonalar üzrə saatlıq parkinq sistemi dünyanın müxtəlif şəhərlərində tətbiq olunur. Zona üzrə saatlıq parkinq sisteminin əsas mahiyyəti ondan ibarətdir ki, insanlar fərdi nəqliyyatdan daha çox ictimai nəqliyyata üstünlük versinlər. Bu istiqamətdə artıq dövlət proqramı da mövcuddur. Həmin proqram müxtəlif ictimai nəqliyyat növlərinin inkişafını özündə ehtiva edir. İlkin olaraq islahatı iki hissəyə bölsək, daha tez nəticə verən həllər küçə transformasiyasıdır”.
Bunu 525.az-a açıqlamasında nəqilliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib. Ekspert vurğulayıb ki, buraya ayrılmış avtobus zolaqları, ayrılmış mikromobillik zolaqları və parkinqin zona üzrə saatlıq təşkili daxildir. Sərt islahat isə relsli nəqliyyat növlərinin inkişafıdır ki, bu da dövlət proqramında nəzərdə tutulub: metropoliten şəbəkəsinin genişləndirilməsi, dəmir yolu şəbəkəsinin inkişaf etdirilməsi, intensivliyin artırılması, yeni qatarların alınması, tramvay şəbəkəsinin formalaşdırılması, avtobus marşrutlarının optimallaşdırılması və sayının artırılması, həmçinin avtoparkın yenilənməsi.
Sevinc Qarayeva
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.