AZ

Yeni virusla bağlı 42 günlük karantin qərarı verildi RƏSMİ AÇIQLAMA

Saglamolun portalından alınan məlumata görə, ain.az xəbər verir.

İspaniya hakimiyyəti və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Tenerifedə "MV Hondius" kruiz laynerində aşkarlanan hantavirus infeksiyası ilə bağlı genişmiqyaslı beynəlxalq əməliyyata başlayıb.

Üç nəfərin ölümü ilə nəticələnən epidemiya səbəbindən sərnişinlərin təxliyəsinə start verilib.ÜST-nin Baş direktoru Tedros Qebreyesus Tenerifeyə gələrək vəziyyəti yerindəcə qiymətləndirib.

Jurnalistlərə açıqlama verən Baş direktor əhalini sakitliyə çağırıb: “Bu, ikinci bir COVID-19 dalğası deyil.

Ümumi əhali üçün risk səviyyəsi olduqca aşağıdır, insanların qorxmasına və panika yaşamasına heç bir əsas yoxdur”.Statistika və virusun növü Gəmi ilə əlaqəli ümumilikdə 8 yoluxma halı qeydə alınıb. Aparılan laboratoriya analizləri nəticəsində 6 nəfərdə hantavirusun And (ANDV) ştamı təsdiqlənib.

Mayın 2-dən yeni ölüm halının qeydə alınmaması müsbət göstərici kimi qiymətləndirilir.ÜST-nin epidemiya və pandemiya məsələləri üzrə direktoru qeyd edib ki, virusun inkubasiya dövrünü nəzərə alaraq, bütün sərnişinlər 42 gün müddətində aktiv tibbi müşahidə altında saxlanılacaqlar.

Saglamolun.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
41
saglamolun.az

1Mənbələr