BAKI, 12 may. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin Moskva ilə Avropa arasında mümkün danışıqlarda vasitəçinin Almaniyanın keçmiş kansleri Gerhard Şröderin olmasını istəyir. Amma müəyyən siyasi dairələr hesab edirlər ki, Almaniyanın digər keçmiş kansleri Angela Merkel vasitəçi roluna daha uyğundur.
Teleqraf xəbər verir ki, bu barədə “Spiegel” mənbələrə istinadla məlumat yayıb.
Mənbələrə görə, Merkel vasitəçi roluna ən yaxşı namizəd hesab olunur, çünki o, Ukrayna Prezidenti Volodimir Zelenski və Putinlə şəxsən tanışdır.
Nəşr əlavə edib ki, ABŞ-nin uğursuz vasitəçilik təcrübəsi nəzərə alınmaqla, Avropa ölkələri Rusiya ilə mümkün danışıqları müzakirə etməyə davam edirlər. Avropa İttifaqı üzvləri Moskva ilə danışıqlarda iştirak etmək istəyirlər.
Avropa İttifaqı və Ukrayna Vladimir Putinin Gerhard Şröderin mümkün danışıqlarda vasitəçiliyi təklifini rədd edib.