AZ

Paşinyanın “sülh mələyi” kimi nümayişi yanlışdır Sabiq nazir

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Son dövrlərdə regionda gedən siyasi proseslər fonunda Ermənistanın Baş naziri Nikol Paşinyanin beynəlxalq mediada və müəyyən siyasi dairələrdə “sülh tərəfdarı” kimi təqdim olunması geniş müzakirələr doğurur. Lakin Azərbaycan cəmiyyətində və ekspert çevrələrində hesab olunur ki, regionda real və praktiki sülh təşəbbüslərinin əsas müəllifi məhz Azərbaycandır”.Demokrat.az xəbər verir ki, bunu keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda dəyirmi masada deyib.O bildirib ki, bu gün regionda yeni reallıqları formalaşdıran, sülh gündəliyini irəli aparan və konkret təkliflərlə çıxış edən tərəf Azərbaycan hesab olunur:“Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, davamlı sülhün əsas şərti dövlətlərin bir-birinin suverenliyini və ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanımasıdır. Beynəlxalq hüquqa görə hər hansı dövlətin ərazi bütövlüyünü tanımaq, həmin dövləti rəsmən qəbul etməyin və münasibətlərin hüquqi əsasda qurulmasının əsas göstəricilərindən biridir. Azərbaycan da Ermənistanla münasibətlərdə məhz bu prinsipin tam şəkildə qəbul edilməsini tələb edir. Çünki uzun illər ərzində regionda yaşanan münaqişənin əsas səbəblərindən biri Azərbaycanın ərazi bütövlüyünün tanınmaması və separatizmin dəstəklənməsi olmuşdu. Yalnız bəyanatlar və ictimai çıxışlar sülh üçün kifayət deyil. Sülh real addımlar, hüquqi öhdəliklər və beynəlxalq sənədlərə hörmət əsasında qurulmalıdır. Bu baxımdan Ermənistanın indiyədək bir sıra mühüm məsələlərdə tam və açıq mövqe ortaya qoymaması müxtəlif suallar yaradır. Xüsusilə 1991-ci ildə imzalanmış və postsovet ölkələrinin sərhədlərinin qarşılıqlı tanınmasını nəzərdə tutan Alma-Ata Bəyannaməsi regionda hüquqi baza kimi tez-tez gündəmə gətirilir. Azərbaycan tərəfi hesab edir ki, bu prinsiplərin tam və birmənalı şəkildə qəbul olunması sülh prosesinin əsas şərtlərindən biridir”.O qeyd edib ki, bəzi hallarda yerli və xarici mediada Paşinyanın “sülhün əsas təşəbbüskarı” kimi təqdim edir:“Regionda faktiki vəziyyət və proseslərin gedişi göstərir ki, sülh gündəliyini formalaşdıran və konkret təkliflərlə çıxış edən tərəf Azərbaycandır. Qarabağda aparılan bərpa-quruculuq işləri, kommunikasiya layihələri və regional əməkdaşlıq çağırışları da bunu təsdiqləyən əsas amillərdən hesab olunur. Sülh prosesi yalnız siyasi imic formalaşdırmaq məqsədilə deyil, real nəticələrə hesablanmış addımlarla müşayiət olunmalıdır. Əks halda, ictimai rəydə yaradılan “sülh tərəfdarı” obrazı praktik nəticələrlə üst-üstə düşməyə bilər. Hazırkı mərhələdə Cənubi Qafqaz üçün əsas məsələ qarşılıqlı etimadın formalaşdırılması, sərhədlərin tanınması və beynəlxalq hüquqa əsaslanan münasibətlərin qurulmasıdır. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, regionda davamlı sülh və sabitlik yalnız bu prinsiplər əsasında mümkün ola bilər”.Leyla Turan

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
45
demokrat.az

1Mənbələr