AZ

CENTCOM Mərkəzi və Cənubi Asiya ölkələri ilə birlikdə ABŞ da təlimlər keçirəcək

ain.az bildirir, Ayna saytına əsaslanaraq.

Təlimlərdə əsasən Mərkəzi və Cənubi Asiya ölkələrinin quru və daxili qüvvələrinin nümayəndələri iştirak edəcək

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iyun ayında təxminən 10 Mərkəzi və Cənubi Asiya ölkəsinin nümayəndələri ilə birlikdə ABŞ-da hərbi təlimlər keçirəcək. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Komandanlıqdan məlumat verilib.

"Gələn ay CENTCOM və Cənubi Asiya ölkələrindən olan beynəlxalq tərəfdaşlarla birlikdə 2026-cı il üçün Regional Əməkdaşlıq Proqramı keçirəcək. Təxminən 10 ölkənin hərbi personalı ABŞ-da təlim keçəcək", - deyə komandanlığın veb saytında dərc olunmuş açıqlamada qeyd olunub.

CENTCOM qeyd edib ki, təlimlərdə əsasən Mərkəzi və Cənubi Asiya ölkələrinin quru və daxili qüvvələrinin nümayəndələri iştirak edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
83
ayna.az

1Mənbələr