AZ

“Turan Tovuz”da ayrılıq siqnalı: İngiltərəli hücumçu yola salınır?

sport24.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Turan Tovuz"da ingiltərəli futbolçu Coş Cinnellinin gələcəyi sual altındadır. Sport24.az-ın əldə etdiyi məlumata görə, Qərb təmsilçisi mövsümün sonunda 29 yaşlı hücumçu ilə yollarını ayıra bilər.

Baş məşqçi Kurban Berdıyev forvardın gözlənilən formanı toplaya bilməməsindən narazıdır və növbəti mövsüm üçün bu mövqeyə daha güclü transfer edilməsini istəyib.

Təcrübəli mütəxəssis bu barədə artıq klub rəhbərliyini məlumatlandırıb. Coş Cinnellinin müqaviləsinin ləğvi və ya icarəyə verilməsi gündəmdədir.

İlin əvvəlində "Turan Tovuz"la 1,5+1 illik müqavilə imzalayan forvard cari mövsüm Misli Premyer Liqasında cəmi 7 oyunda 146 dəqiqə meydanda olub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
52
sport24.az

1Mənbələr