AZ

“Sabah” Almaniya klubu ilə anlaşdı – Yarımmilyonluq transfer

“Sabah”da icarə əsasında çıxış edən Timoteuş Puxaç karyerasını Azərbaycanda davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan çempionu 27 yaşlı polşalı müdafiəçini Almaniyanın “Holştayn Kil” klubundan birdəfəlik transfer etmək üçün razılıq əldə edib. Artıq tərəflər arasında danışıqlar yekunlaşıb, rəsmi imzalanma gözlənilir.

Transferin 500 min avro olacağı gözlənilir.

Puxaç bu mövsüm 32 oyunda 2 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb və komandasının çempionluğunda mühüm rol oynayıb.

Seçilən
86
idmanxeber.az

1Mənbələr