AZ

Hindistan və ABŞ ticarət sazişi üzrə danışıqları davam etdirəcək

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Hindistan və ABŞ ticarət sazişi imzalamaq üzrə danışıqları davam etdirəcək, növbəti raund Nyu-Dehlidə keçiriləcək.

Bizimyol.info xəbər verir ki, bu barədə "The Economic Times" qəzeti mənbəyə istinadən məlumat verib.

“Biz amerikalı ticarət nümayəndə heyətinin danışıqları davam etdirmək üçün gəlməsini gözləyirik. ABŞ nümayəndələrinin Hindistan paytaxtına səfərinin tarixi hələ müəyyənləşdirilməyib,” – deyə qəzetə danışan mənbə bildirib. “Apreldə Vaşinqtonda keçirilən danışıqların nəticəsinə əsasən, tərəflər məsləhətləşmələrin dinamikasını saxlamağa qərar verib”, - deyə qeyd edilir

Keçən ay Hindistan və ABŞ nümayəndələri iki ölkə bazarına malların çıxışı, ticarətdə qeyri-rüsum maneələri, gömrük prosedurlarının sadələşdirilməsi, investisiyaların cəlb olunması və iqtisadi təhlükəsizlik tədbirlərini müzakirə ediblər.

2025–2026 maliyyə ilində (31 martda başa çatıb) Hindistan və ABŞ arasında ticarət dövriyyəsi 140 milyard ABŞ dollarından çox olub. Hindistanın ixracı 87,3 milyard dollar təşkil edib, ABŞ-dan Hindistana malların idxalı isə 15,9% artaraq 52,9 milyard dollar olub. Hindistanın ticarət kəsiri əvvəlki dövr ilə müqayisədə 40,8 milyard dollardan 34,4 milyard dollara qədər azalıb.

Hindistan və ABŞ fevral ayından etibarən tammiqyaslı ticarət sazişi üzrə danışıqlar aparır. Saziş iki tərəf arasında ticarət dövriyyəsini 2030-cu ilədək 500 milyard dollara çatdırmağı nəzərdə tutur.

Əvvəllər Hindistan və ABŞ birgə bəyanat yayaraq ticarət sazişinin ilk hissəsi üzərində işin tamamlandığını elan etmişdi. Həmin hissənin müddəalarının hüquqi sənədə çevrilməsi və mart ayında imzalanması planlaşdırılırdı.

Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
icma.az

1Mənbələr