AZ

Real Madrid daha bir türk ulduz transfer edir

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Real Madrid" daha bir türk futbolçu transfer edir. Demokrat.az xəbər verir ki, İtaliyanın "Tuttomercato" nəşrinin məlumatına görə, "Real Madrid" bu dəfə "Yuventus"da çıxış edən Kenan Yıldız ilə maraqlanır. Məlumata görə, tərəflər arasında potensial transfer üçün ilkin təmasların yaxın zamanda başlayacağı bildirilir.Eyni zamanda “Yuventus”un da “Real Madrid”dən Brahim Dias və Qonzalo Qarsiya ilə maraqlandığı qeyd olunur. İddialara görə, bu vəziyyət klublar arasında qarşılıqlı transfer müzakirələrini gündəmə gətirib.“Yuventus”un yarımmüdafiə xəttini gücləndirmək üçün Brahim Diası transfer siyahısına daxil etdiyi bildirilir. Futbolçunun müqaviləsinin 2027-ci ilin iyununda başa çatacağı və “Real Madrid”in satış ehtimalını dəyərləndirə biləcəyi iddia olunur.Digər tərəfdən, İtaliya klubu hücum xəttini gücləndirmək üçün Qonzalo Qarsiyanı da transfer etmək istəyir. Komandanın Duşan Vlahoviçin ayrılması halında bu mövqeni Qarsiya ilə doldurmağı planlaşdırdığı qeyd edilir.Kenan Yıldızın “Yuventus”la yeni müqavilə imzalamasına baxmayaraq, “Real Madrid”in gənc futbolçuya uzun müddətdir maraq göstərdiyi bildirilir. İddialara görə, İspaniya klubu oyunçu üçün “ön alım hüququ” əldə etməyə çalışır. Futbolçunun hələ karyerasının uzunmüddətli planını açıqlamaması və “Real Madrid”in cazibəsi bu ehtimalı gücləndirən amillər kimi göstərilir.Məlumata əsasən, klublar arasında danışıqların növbəti 10 gün ərzində başlaması gözlənilir. Hər iki komandanın oxşar mövqeləri gücləndirmək istəməsi bu transfer prosesini daha da real edir. Qeyd edək ki, hazırda "Real Madrid"də Türkiyə millisinin başqa bir üzvü - Arda Güler çıxış edir.Jalə

Demokrat.az

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
48
demokrat.az

1Mənbələr