AZ

Tacikistan Prezidenti Çində səfərdədir

BAKI, 12 may. TELEQRAF

Çin lideri Si Cinpin ölkəsində dövlət səfərində olan Tacikistan Prezidenti Emomali Rəhmonun şərəfinə rəsmi qarşılanma mərasimi keçirib.

Teleqraf xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Məlumata görə, Pekində baş tutan mərasimdən sonra iki ölkə liderinin təkbətək və geniş tərkibdə görüşləri planlaşdırılır.

Danışıqlar zamanı ikitərəfli əməkdaşlığın gücləndirilməsi, regionda təhlükəsizlik məsələləri və iqtisadi tərəfdaşlıq perspektivlərinin müzakirə ediləcəyi gözlənilir.

Seçilən
17
teleqraf.com

1Mənbələr