AZ

Gürcüstanın yeni Katolikos-Patriarxı taxta çıxıb

Tbilisi, 12 may, AZƏRTAC

Bu gün Svetitsxoveli Katedralında Gürcüstanın yeni seçilmiş 142-ci Katolikos-Patriarxı Müqəddəs Şio III taxta çıxıb.

AZƏRTAC xəbər verir ki, bununla bağlı mərasim keçirilib.

Təntənəli liturgiya zamanı yeni Patriarxa idarəetmə simvolları, yəni patriarxal mitr, eləcə də tac və xaç - panagiya təqdim edilib.

Məbəddə hökumətin və Nazirlər Kabinetinin üzvləri, eləcə də "Gürcü Arzusu"nun qurucusu Bidzina İvanişvili iştirak ediblər.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Seçilən
95
7
azertag.az

8Mənbələr