AZ

“Sabah onu 1 milyona birdəfəlik transfer edir

ain.az bildirir, Qol.az portalına istinadən.

“Sabah" onu 1 milyona birdəfəlik transfer edir

İcarə qaydasında “Sabah"da oynayan Timoteuş Puxaç yeni mövsümdə də karyerasını Azərbaycanda davam etdirəcək.

QOL.az xəbər verir ki, bu barədə Polşanın Meczyki.pl portalı məlumat yayıb.

Bildirilib ki, Azərbaycan çempionu polşalı müdafiəçinin transfer hüquqlarını Almaniyanın “Holştayn Kil” klubundan birdəfəlik almaq qərarına gəlib. Qeyd edilib ki, tərəflər arasında aparılan danışıqlar artıq yekunlaşıb və rəsmi sənədlərin imzalanması gözlənilir.

Mənbənin məlumatına görə, 27 yaşlı futbolçu yeni klubu ilə 3 illik müqavilə bağlayacaq. Transfer məbləğinin bir neçə yüz min avro olduğu qeyd edilir. Transfermarkt portalı isə keçidin 1 milyon avroya başa gələ biləcəyini yazır.

Puxaç cari mövsümdə uğurlu çıxışı ilə diqqət çəkib. O, 32 oyunda meydana çıxaraq 2 qol vurub və 12 məhsuldar ötürmə edib. Müdafiəçi komandasının çempionluğunda mühüm rol oynayıb. 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
2
qol.az

3Mənbələr