Qəzetin mənbəsi bildirib ki, "Danışıqlar prosesini davam etdirmək üçün Amerika ticarət nümayəndə heyətinin gəlişini gözləyirik. ABŞ nümayəndələrinin Hindistan paytaxtına səfərinin tarixi hələ müəyyən edilməyib. Aprel ayında Vaşinqtonda keçirilən danışıqlardan sonra tərəflər məsləhətləşmələrin gedişatını qorumaq barədə razılığa gəliblər."
Ötən ay Hindistan və ABŞ danışıqları aparanları iki ölkənin bazarlarına malların çıxışı, ticarətdə qeyri-tarif maneələri, gömrük prosedurlarının sadələşdirilməsi, investisiyaların cəlb edilməsi məsələlərini müzakirə ediblər və iqtisadi təhlükəsizlik tədbirləri barədə razılığa gəliblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31